Nazir müavini: “Təhsil Nazirliyində müəyyən dəyişiklərə ehtiyac var idi”
06 sentyabr 2013 19:13 (UTC +04:00)

Nazir müavini: “Təhsil Nazirliyində müəyyən dəyişiklərə ehtiyac var idi”

“Təhsil Nazirliyində müəyyən struktur və kadr dəyişikliklərinin edilməsini sadəcə, dəyişiklik xətirinə həyata keçirilməsinin tərəfdarı deyilik. Nazirlikdə müəyyən dəyişiklərin aparılmasına ehtiyac var idi”.

 

Bunu APA-ya eksklüziv açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov son aylar Təhsil Nazirliyindən aparılan struktur və kadr dəyişikliklərinə münasibət bildirərkən deyib. Nazir vurğulayıb ki, bəzi hallarda formal olaraq şöbələrin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun olub-olmaması da nəzərə alınmalıdır. Nazir müavininin sözlərinə görə, qanunvericilikdə hər bir şöbəyə dair müəyyən tələblər var: “Məsələn, hansısa şöbədə işçilərinin sayı 8 nəfərdən, hansısa sektorda işçilərin sayı 3-dən aşağı olmamalıdır. Təhsil Nazirliyində isə şöbələrin sayının həddindən artıq çox olması say və struktur baxımından hökumət tərəfindən müəyyən edilmiş normalara uyğun gəlmirdi. Dəyişiklikləri də etməklə onları qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq istəyirik”.

 

C. Bayramov bəzi şöbələrin birləşdirilərək daha böyük şöbə yaradılması məsələsinə aydınlıq gətirib: “Məsələn, yeni struktur dəyişiklərinə əsasən Təhsil Nazirliyinin elm və ali və orta ixtisas təhsili şöbəsinin birləşdirilərək böyük Elm, ali və orta ixtisas təhsili şöbəsi yaradılıb. Onların fəaliyyətləri bir-birinə uyğundur və birlikdə daha yaxşı nəticələr göstərə bilər. Ümumilikdə nəticə yönümlü fəaliyyətdən danışırıqsa, o zaman şöbələrin birləşdirilərək yeni strukturların yaradılması daha düzgün qərarlar qəbul etməyə, bu istiqamətdə daha yaxşı fəaliyyət göstərməyə şərait yaradacaq”.

# 836
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17