Nazir İsraildə nədən danışdı?
19 fevral 2014 10:13 (UTC +04:00)

Nazir İsraildə nədən danışdı?

Kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti kənd təsərrüfatı sahəsində əməkdaşlığın müzakirəsi məqsədi ilə İsraildə səfərdədir.

 

Dünən nazir İsrailin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyində görüş keçirib. Görüşdə İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik, tənzimləmə, kooperativlər, idarəetmə sistemi, aqrar sahəyə dövlət dəstəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəz (CİNADCO) ilə tanış olub. Mərkəzdə, Azərbaycanın kənd təsərrüfatı mütəxəssislərinin CİNADCO tərəfindən təşkil olunan təlim kurslarında iştirak imkanları, eləcə də Mərkəz tərəfindən ölkəmizin aqrar sahəsindəki prioritetlər üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

 

Sonra nazir İsrail - Azərbaycan Ticarət və Sənaye Palatasının və İsrailin aqrar sənaye sahəsini təmsil edən nümayəndələr ilə görüşərək aqrar sahədə investisiya qoyuluşu barədə müqabil tərəflərlə fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, bu gün Heydər Əsədovun İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşü nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar