Nailə Rzaquliyeva danışdı: "Öz ərizəmlə işdən çıxmışam" - <span style="color:red;">YENİLƏNİB
27 avqust 2014 18:44 (UTC +04:00)

Nailə Rzaquliyeva danışdı: "Öz ərizəmlə işdən çıxmışam" - YENİLƏNİB

Nailə Rzaquliyeva APA-ya açıqlamasında bildirib ki, o, öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxmasında heç bir problemin olmadığını deyən N.Rzaquliyeva qeyd edib ki, bunu əvvəldən planlaşdırıb: “Yarım aya yaxındır məzuniyyətə çıxmışdım. Sonradan da məzuniyyətdən təqaüdə çıxmışam. Yəqin bundan sonra heç bir işdə fəaliyyətimi davam etdirməyəcəyəm”.

 

Sabiq idarə rəisi qeyd edib ki, ona başqa vəzifələrdə çalışmaq təklif olunub: “Amma özüm istəmirəm, yorulmuşam artıq, dincəlmək istəyirəm”.

 

 

*****

 

17:48

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva tutduğu vəzifəsindən azad edilib. Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, bu barədə əmri təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl imzalayıb.

 

Bildilir ki, N. Rzaquliyeva işdən azad edilməsi ilə bağlı əmr verilməmişdən bir ay əvvəl məzuniyyətə göndərilib.

 

Məsələ ilə bağlı əməkdaşımız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

 

Xidmətin rəhbəri Arzu Tairquliyeva məlumatı təkzib etməyib: “Bu haqda məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən öyrənməyiniz məsləhətdir”.

 

Təhsil Nazirliyinin Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehovla isə əlaqə saxlamaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Oxşar yazılar