Zakir Həsənov əsgərlərə verilən ərzaqlara baxış keçirdi
18 mart 2015 13:14 (UTC +04:00)

Zakir Həsənov əsgərlərə verilən ərzaqlara baxış keçirdi

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlakla, ərzaqla, təzə tərəvəzlə və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin 2-ci inzibati binasının açılışını həyata keçiriblər.


Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev naziri qarşılayaraq ona məruzə edib. 


Sonra Mərkəzi Əşya Bazasının inzibati və texniki ərazilərindəki tikililər və prespektiv planlar haqqında Müdafiə Nazirliyinin rəhbərliyinə qısa məlumat verilib.


Müdafiə naziri yeni tikilmiş 3000 nəfərlik hamam-camaşırxana kombinatının açılışını edərək onun fəaliyyəti ilə tanış olub, orada çalışan qulluqçularla görüşüb və tövsiyələrini çatdırıb.
2015-ci ildə şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxış keçirən müdafiə naziri hərbi qulluqçuların daha keyfiyyətli geyimlə təmin olunmaları üçün qısa müddətdə görüləcək işlərlə bağlı tapşıraqlarını verib.
Texniki ərazidə inşa olunmuş 36 vaqon tutumlu, 1440 kvadrat metrlik saxlancın açılışı həyata keçirildikdən və əmlakın saxlanması qaydaları ilə tanışlıqdan sonra bazanın ərazisində texnikaların yeni üsulla boyanması işinə baxılıb.

Mərkəzi Ərzaq Anbarına gələn müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.
Sonra yeni inşa olunmuş quru ərzaq məhsullarının saxlanılması üçün 1000 tonluq, tərəvəz məsullarının saxlanılması üçün 1000 tonluq, tez xarab olan ərzaqların, ət və balıq məsullarının saxlanılması üçün 1000 tonluq soyuducu saxlanclarının və laboratoriya binasının açılışı olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar