Nazir Beyləqanda vətəndaşlarla görüşüb
14 oktyabr 2013 15:29 (UTC +04:00)

Nazir Beyləqanda vətəndaşlarla görüşüb

Bu gün Gənclər və idman naziri Azad Rəhimov Beyləqanda vətəndaşları qəbul edib. Nazirlikdən Lent. az-a verilən məlumata görə, qəbul rayonun Heydər Əliyev mərkəzində keçirilib.

 

Qəbulda  Beyləqan rayonu ilə yanaşı  Ağcabədi, Biləsuvar və İmişli rayonlarından olan 30-a yaxın vətəndaş da iştirak edib. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən idman zallarının tikintisi, stadionların və idman qurğuların idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət  təşkilatlarının yaradılması və digər məsələlər qaldırılıb. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar