Mikayıl Cabbarov təhsil şöbələrini tənqid etdi
12 sentyabr 2014 15:02 (UTC +04:00)

Mikayıl Cabbarov təhsil şöbələrini tənqid etdi

 
“Dövlət başçısının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı  sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcıdır”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov YAP-ın saytına müsahibəsində bildirib. O qeyd edib ki, dövlət başçısının dəstəyi ilə Təhsil Nazirliyi  passiv müşahidəçi rolunda çıxış edən yerli təhsil şöbələrinin əvəzində məktəblərdə vəziyyətə tam nəzarət edən, kadrların yerləşdirilməsində şəffaflığı təmin edən, tədris prosesini optimallaşdırmağı bacaran yeni idarəetmə mexanizmi qurur. “Bununla, yerlərdə təhsil idarəedicilərinin imkanları artırılır, eyni zamanda onların məsuliyyəti çoxalır. Təhsil Nazirliyinin regional strukturlarının yaradılması, onlara geniş səlahiyyətlərin verilməsi ilə yanaşı məsuliyyətlərinin artırılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması nöqteyi-nəzərdən deyil, həmçinin digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq”.
 
Dərs ilinin uzadılmasına gəlincə, nazir vurğulayıb ki, bu məsələyə dərs ilinin uzadılması yox, şagirdlərin üzərinə düşən dərs yükünün azaldılması prizmasından yanaşılmalıdır: “Siz nəyə üstünlük verərsiniz – uşaqları bütün tədris proqramını 9 ay ərzində mənimsəməyə məcbur etmək, yoxsa proqramı daha uzun müddətə bölməklə dərs yükünü azaltmaq və dərs ilini uzatmaq, həddindən artıq uzun olan fasilə dövrünü qısaltmaq? İnkişaf etmiş ölkələrdə illik tədris müddəti 38 həftə olduğu halda, bizdə 32 həftədir. Bizim əsas məqsədimiz gələcək nəslimizi yüksək keyfiyyətli təhsillə əhatə etmək və eyni zamanda, bu təhsilin tam mənimsənilməsinə nail olmaqdır”.
 
M. Cabbarov vurğulayıb kİ, dərs ilinin uzadılması da bu istiqamətdə həyata keçirilən islahatlardan biridir.  
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar