Ümumilikdə bir sıra məsələlərdə ali məktəblərə artıq muxtariyyət verilib. Muxtariyyətin verilməsi hesabatlılığın azaldılması deyil, çoxaldılması deməkdir”. Lent.az-ın xəbərinə görə, bunu Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi məsələsinə münasibət bildirərkən deyib. M. Cabbarov qeyd edib ki, bu prizmadan aparıcı təhsil sistemlərinin uğurlu təcrübəsi yaxından öyrənilməlidir. Nazir vurğulayıb ki, ali məktəblərə muxtariyyətin verilməsi təhsil ocaqlarının mülkiyyət formasından asılı olmayaraq idarəetmə modellərinin təkmilləşdirilməsi, onların fəaliyyətinin şəffaflığının və səmərəliliyinin təmin edilməsi, ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunlarımızın bilik səviyyəsinin, peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
M. Cabbarov Azərbaycanda Təhsilin İnkişafı Fondunun yaradılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, fondun yaradılması ümumilikdə təhsilin bütün pillələrinin inkişafına şərait yaradacaq.

Nazir: “Ali məktəblərə muxtariyyət hesabatlılığı artıracaq”
Oxşar yazılar

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI
15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq
15 iyul 2025 , 09:31
Böyük qələbələrin astanasında olan BÜRCLƏR: Həyat tezliklə dəyişəcək
15 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
15 iyul 2025 , 08:19
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirildi
15 iyul 2025 , 08:14
Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46