Nazir: “ ...artım  4,4 faiz olub ”
02 may 2013 16:29 (UTC +04:00)

Nazir: “ ...artım 4,4 faiz olub ”

Kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Kölerlə görüşüb. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məqsəd Avropa İttifaqının büdcəyə dəstək proqramının icrasının və əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi olub. 

Nazir qeyd edib ki, kənd təsərrüfatı dinamik olaraq inkişaf edir, ötən ildə kənd təsərrüfatının artım tempi 6,2 faiz və bu ilin birinci rübündə isə 4,4 faiz təşkil edib. İ. Abasov kənd təsərrüfatının inkişafında beynəlxalq qurumların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), İFAD-ın, Dünya Bankının, Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələrin bu inkişafa böyük təsir göstərdiyini xüsusilə vurğulayıb.

Avropa İttifaqının büdcəyə dəstək proqramı çərçivəsində baytarlıq sahəsində nəzərdə tutulan layihələrin, o cümlədən Baytarlıq qanunvericiliyinin təkmilləşdirilməsi və digər layihələrin icra vəziyyəti, gələcək əməldaşlıq perspektivləri geniş müzakirə olunub. Nazir bu layihələrin səmərəli şəkildə icra olunmasının baytarlıq sahəsinin inkişafına öz təsirini verəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar