Nazir 8 rayondan 29 vətəndaşı qəbul edib
17 mart 2014 17:22 (UTC +04:00)

Nazir 8 rayondan 29 vətəndaşı qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Lənkəran Mərkəzi Rayon Xəstəxanasında Lənkəran, Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərini qəbul edib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Ümumilikdə 29 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlər dinlənilib.

 

 

Qəbulda Nazirliyin Təcili Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, ET Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev, Mirqasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyə Xəstəxanasının baş həkimi Yusif Əliyev də iştirak ediblər. Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar