Naxçıvanlı elm adamları beynəlxalq simpoziumda iştirak ediblər
15 yanvar 2013 10:01 (UTC +04:00)

Naxçıvanlı elm adamları beynəlxalq simpoziumda iştirak ediblər

 

AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşı Türkiyənin Sarıqamış şəhərində keçirilən “I Uluslararası Sarıqamış Beynəlxalq simpoziumu”nda iştirak edib. Bu barədə Lent.az-a AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat verilib. Üç gün davam edən Beynəlxalq simpoziumda müxtəlif ölkələrin elm adamlarının tarix, arxeologiya, folklor, ədəbiyyat sahəsindəki apardıqları tədqiqatlar və araşdırmaları ilə bağlı məruzələri dinlənilib. 

 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Hacı Qadir Qədirzadənin “Ermənilərin Naxçıvana köçürülməsi və Osmanlı bəlgələrində erməni zülmü”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Oğlanqala şəhərində arxeoloji araşdırmaların nəticələri”, institutun, elmi işçi Elnur Kəlbizadənin “Osmanlı dövlətinin xarici siyasətində Naxçıvan(1918)” və digər alimlərimizin məruzələri simpozium iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

 

Beynəlxalq simpoziumun sonuncu günü elm adamları Sarıqamış şəhərin tarixi mədəniyyətini əks etdirən nümunələr ilə yaxından tanış olublar. Qeyd edək ki, beynəlxalq simpozium Qarsa Valiliyi və Bəlli Təhsil, Mədəniyyət, Tarix və Arxeoloji Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə keçirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar