Naxçıvanda neolit və eneolit dövrünə aid yaşayış yerləri aşkar edilib
29 avqust 2014 05:32 (UTC +04:00)

Naxçıvanda neolit və eneolit dövrünə aid yaşayış yerləri aşkar edilib

Lent.az-ın AzərTAca istinadən xəbərinə görə, alimlər qədim Naxçıvanın Babək rayonu ərazisindəki Kültəpə yaşayış yeri və onun ətrafında aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələrinin eramızdan əvvəl V minilliyə aid olduğunu bildirirlər.

 

Burada Azərbaycan-Fransa birgə tədqiqat qrupu işləyir. Fransalı arxeoloqları əsasən qədim yaşayış yerlərinin quruluşu maraqlandırır. Məqsəd neolit dövrü Naxçıvanı haqqında daha ətraflı məlumat əldə etməkdir. Qazıntı sahəsindən götürülən nümunələr analizlərdən keçirilmək üçün Fransa və İtaliyaya göndəriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024
avatar

Oxşar yazılar