AMEA Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş vəhşiliklərin tariximizin ən qanlı səhifələrindən olduğunu qeyd edib.
Sonra elmi məruzələr dinlənilib. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından – institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “20 yanvar faciəsinin səbəbləri və günahkarları”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Heydər Əliyev və 20 yanvar faciəsinə hüquqi siyasi qiymət verilməsi”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “20 yanvar şəhidləri – iftixar mənbəyimiz”, institutun əməkdaşı Nurlana Əliyeva “20 yanvar hadisələri: xalqımızın qəhrəmanlıq tarixi” İnstitutun kiçik elmi işçisi Elnur Kəlbizadə “Qanlı yanvarın ibrət dərsləri” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, bir millət kimi sınmadığımız, əyilmədiyimiz, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azaldığımızı və müstəqilliyimiz qanımızla və canımızla qoruya bildiyimizin sübutu olan 20 yanvar qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda qəhrəmanlıq salnaməmizdir.