Naxçıvan - Məşhəd qatarı yenidən fəaliyyətə başlayır
20 dekabr 2017 22:43 (UTC +04:00)

Naxçıvan - Məşhəd qatarı yenidən fəaliyyətə başlayır

Naxçıvan - Məşhəd qatarı 2018-ci ilin əvvəlindən yenidən fəaliyyətə başlayacaq.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  bu, İran İslam Respublikasının Dəmir Yolları Təşkilatının mətbuat xidmətinın açıqlamasında bildirilir.

 

Məlumata görə, Məşhəd -Naxçıvan qatarının yenidən  fəaliyyəti üçün bu gün Tehranda İran Dəmir Yollar Təşkilatının  sərnişinlərə xidmət üzrə idarə rəhbəri  ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri arasında görüş keçirilib.

 

Görüşdə Naxçıvan -Məşhəd dəmir yolu sərnişin qatarında vaqonlarda  sərnişinlərə xidmət, məlumatların mübadiləsi və biletlərin  satışının təşkili kimi məsələlər müzakirə olunub.

 

Naxçıvan -Məşhəd dəmir yolu xəttinin uzunluğu Naxçıvandan İranın Culfa şəhərinə kimi 45 km, Culfadan Məşhəd şəhərinə kimi isə 1700 kilometrdir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar