Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.
***
Dünən işdən azad olunan Bakı Təhsil Idarəsinin rəisi Nailə Rzaquliyevanın yerinə təyinat olub.
Lent.az-ın “Aznews.az”a istinadən xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bu posta İdarənin rəis müavini vəzifəsində çalışan Məmmədəli Kəsəmənlini layiq bilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Məmmədəli Kəsəmənlinin rəis vəzifəsinə rəsmi təyinatı yoxdur, lakin bu vəzifənin icrası müvəqqəti olaraq ona tapşırılıb.
Xatırladaq ki, xeyli müddət idi ki, bu vəzifəni icra edən Nailə Rzaquliyeva dünən təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad olunub. N.Rzaquliyeva mətbuata açıqlamasında öz ərizəsilə işdən getdiyini və bundan sonra heç bir vəzifədə çalışmaq istəmədiyini deyib.