Müvəqqəti saxlama yerində saxlanılan şəxslərlə bağlı yenilik
07 fevral 2014 18:07 (UTC +04:00)

Müvəqqəti saxlama yerində saxlanılan şəxslərlə bağlı yenilik

Azərbaycan Daxili İşlər Nazirliyi polis idarə və şöbələrinin müvəqqəti saxlama yerində saxlanılan şəxslərə tibbi yardım göstərilməsi ilə bağlı yenilik edib.

Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib ki, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərə tibbi kartların verilməsinə başlanılıb: “Mən və köməkçim Ağalar Bəyişov bu gündən Bakı şəhərində olan polis idarələrinin müvəqqəti saxlama yerlərində monitorinqlərə başlamışıq. Artıq Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olduq. Burada saxlanılan şəxslərin hər birinin adına tibbi kartlar açılıb. Həmin kartların verilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, lakin həkimlər tərəfindən doldurulur. Belə ki, saxlanılan şəxs müəssisəyə daxil olarkən adına açılan kartda onun boyu, çəkisi, bədənində hansısa bir xəsarət varsa, onlar qeyd edilir. Saxlanılan şəxslər hər gün rayon xəstəxanalarının həkimləri tərəfindən müayinədən keçirilirlər və həmin kartı doldururlar. Bu, çox sevindirici haldır. Artıq bütün müvəqqəti saxlama yerlərində bu sistem tətbiq olunur. Saxlanılan şəxs azad olunanda həmin kartı özü ilə apara bilər. Əgər istintaq təcridxanasına göndərilirsə, həmin yerə onun tibbi kartı da göndərilir”.

 E.Behbudov hazırda monitorinqlərin davam etdiyini deyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar