Yaxın iki gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, mülayim şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 18-19-da hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz dağlıq ərazilərdə güclənəcək. Mülayim cənub qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta , gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.