Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının tələbələrinin taleyinə aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarına 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər.
Nazirlikdən verilən məlumatda o da qeyd olunub ki, AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənlər üzrə dərslər təşkil olunacaq.