Müddəti bitmiş ərzaq satanlar cərimələndi
01 noyabr 2013 10:52 (UTC +04:00)

Müddəti bitmiş ərzaq satanlar cərimələndi

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Monitorinqlər Bakının Nəsimi və Binəqədi rayonlarında, Bərdə, Xaçmaz, Ağcabədi, Şəmkir, Mingəçevir, Sumqayıt və  Gəncə şəhərlərində  baş tutub. Keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar