Müdafiə naziri söz verdi: “Şəhidlərimizin intiqamını tezliklə alacağıq” - <span style="color:red;">YENİLƏNİB
19 aprel 2014 14:18 (UTC +04:00)

Müdafiə naziri söz verdi: “Şəhidlərimizin intiqamını tezliklə alacağıq” - YENİLƏNİB

Bakıda C. Naxçıvanski adına Hərbi Liseydə “Hərbi Lisey Günü” adlı mərasim keçirilib.


 

APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın müdafiə naziri, general – polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Azərbaycan Prezidentinin hərbi köməkiçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev, qoşun növlərinin rəhbərləri, generallar və qonaqlar iştirak ediblər.


Əvvəlcə Hərbi Liseyin 1971-ci ildə Heydər Əliyev tərəfindən yaradıldığını bildirən xatirə lövhəsinin açılışı olub, Azərbaycanın dövlət himni səsləndirilib. Mərasimin açılışı zamanı bildirilib ki, müdafiə naziri Z. Həsənov aprelin 18-də Heydər Əliyevin C. Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında əmr imzalayıb. Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib. Əmr şəxsi heyətə oxunub.


Daha sonra liseyin şəxsi heyətinin qarşısında çıxış edən Z. Həsənov Heydər Əliyevin sayəsində liseyin yaranma tarixindən, habelə ordu quruculuğunda, I Qarabağ müharibəsində oynadığı mühüm roldan danışıb:

 

“Vətənimiz Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları ilə Qarabağa hücum edəndə, Vətənin çağırışına ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəldilər. Xeyli zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm və böyük əminliklə bəyan edirəm ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan prezidenti İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaq”.
 

Çıxış edən V.Əliyev isə bildirib ki, 1971-ci ildə öndər Heydər Əliyev bu məktəbi yaradanda, ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilməyib: “Amma Heydər Əliyev bilirdi və sonralar özü də dediyi kimi arzularına çatdı. Azərbaycanda güclü ordunun təməli qoyuldu”.
 

Tədbirdə müdafiə naziri Zakir Həsənovun əmri ilə bir qrup hərbi qulluqçu və müəllim fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1618
avatar

Oxşar yazılar