Müasir tibb sonsuzluq mifini dağıtmağa qadirdirmi?
18 sentyabr 2014 18:53 (UTC +04:00)

Müasir tibb sonsuzluq mifini dağıtmağa qadirdirmi?

 

“Qaraciyərdə, böyrəklərdə olan problemlər, beyindaxili şişlər hamilə qalmağa problem yaradır” 

 

“Kimyaterapiya alan xəstələrin yumurta hüceyrələrini dondurub saxlamaq, problem aradana qalxandan sonra onlardan istifadə edərək hamilə qalmaq mümkündür"
 

"Daha çox birincili sonsuzluqlara, yəni heç uşağı olmayan ailələrin şikayətlərinə rast gəlirik”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ginekologiya uzmanı, tibb elmləri namizədi Mahir Mehdiyev deyib.

 

Mahir Mehdiyev qeyd edib ki, bəzən yeni ailə qurmuş şəxslər evlilikdən 6 ay, bəzən heç 3 ay keçməmiş ginekoloqa müraciət edirlər: “Bunu özlərinə böyük dərd edirlər. Bir sıra risk faktorlarını saymasaq, 6 ay həkimə müraciət etmək üçün çox tez müddətdir. Mən bunu il yarıma, hətta 2 ilə çəkməyin tərəfdarıyam. Amma ilkin, səthi müayinələr evliliyin bir ilinin tamamında olmalıdır. Bir ilin tamamında həkimə müraciət etməkdə fayda var. Səthi müayinələr nəticəsində bir ciddi problem aşkarlanmasa, o zaman daha 6 ay, 1 il gözləmək olar. Yəni ailəyə təbii yolla övlad sahibi olmaq üçün şans vermək lazımdır”.

 

Ginekoloq bildirib ki, evli cütlər bir il ərzində qorunmadan əlaqədə olurlarsa, hamiləlik baş vermirsə, bu zaman bu hala sonsuzluq deyilir: “Amma bu, ümumi bir yanaşmadır.  Bəzən bir yerdə olma müddəti, hamilə qalmağa uyğun olan müddətlərlə üst-üstə düşmür.  Əgər belədirsə, yəni bu insanların uşaqları olmursa, onlara sonsuz demək olmaz”.

 

Ginekologiya uzmanı şəxsi praktikasında kişilərin sonsuzluğuna daha çox rast gəldiyini deyib. M. Mehdiyev onu da deyib ki, Azərbaycanda ailələrin əsasən gənc yaşda qurulması qadınlarda sonsuzluq faktorunun azalmasına səbəb olur.

 

M. Mehdiyev vurğulayıb ki, qadın da, kişi də tam sağlamdırsa, amma qadın stress vəziyyətindədirsə, bu, onun hamilə qalmasına təsir edə bilər: “Qadının təbii yolla hamilə qalması üçün mütləq stress faktorunu aradan qaldırmaq lazımdır”.  

 

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi və zərərli vərdişlər də sonsuzluq hallarının artmasına gətirib çıxarır.

 

Mütəxəssis qeyd edib ki, qaraciyər və böyrək çatışmazlığı sonsuzluq yaradır:
“Bəzən hətta hamiləlik üçün müraciət edən qadında qaraciyər funksiyalarının normal olmadığı ortaya çıxır. Bu isə hamilə qalmağa təsir edir. Eynilə də beyindaxili şişlər, xüsusilə də qadın yumurtalıqlarının funksiyasının tənzimləyən hipofizin şişlərində qadınların aybaşı siklləri pozulur və hamilə qalmaq ehtimalları da azalır.

Ümumiyyətlə, orqanizmdəki bütün vəzlərin funksiyasının pozulması qadınlarda ovulyasiya prosesinə təsir edir. Mədəaltı vəzi, qalxanabənzər vəz, böyrəküstü vəzin funksiyasının pozulması ovulyasiya siklini pozur”.

 

 

M. Mehdiyev sonsuzluğa səbəb ola amillər arasında kimyaterapiyanın da rolunun olduğunu vurğulayıb: “Bu, ən çox sonsuzluğa səbəb olan üsuldur. Amma kimyaterapiya alan xəstələrdə yumurta hüceyrələri uzun müddətə dondurub saxlamaq mümkündür. Sonradan problem aradana qalxarsa, dondurulmuş hüceyrələrdən istifadə edərək hamilə qalmaq mümkündür"...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar

"Sea Breeze" yolunda YENİ QAYDALAR

"Sea Breeze" yolunda YENİ QAYDALAR

16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri:  36 min avroya satıldı

Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı

16 iyul 2025 , 16:03
Həftə sonu  41 dərəcə isti   olacaq

Həftə sonu 41 dərəcə isti olacaq

16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası  olacaq - PROQNOZ

Sabah da çimərlik havası olacaq - PROQNOZ

16 iyul 2025 , 14:21
Əllərdə  sarımsaq qoxusu,   fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə  həll edin

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin

16 iyul 2025 , 13:52
Küləklə  bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

16 iyul 2025 , 13:19
40 dərəcə isti olacaq,  bu yerlərə leysan yağacaq  - Sabahın HAVASI

40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI

16 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağır  - Faktiki HAVA

Bu rayonlara leysan yağır - Faktiki HAVA

16 iyul 2025 , 10:41