MTRŞ sədri: “Şou proqramlar azalıb”
09 may 2014 11:10 (UTC +04:00)

MTRŞ sədri: “Şou proqramlar azalıb”

“Azərbaycanda şou proqramların azalma tendensiyası başlayıb”. APA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, əslində, belə də olmalıdır. O bildirib ki, şura televiziyalarda intellektual verilişlərin daha çox yer almasının tərəfdarıdır: “Çünki televiziya cəmiyyəti öz arxasınca aparan bir vasitədir. Ona görə də burada intellektual proqramların sayı daha çox olmalıdır”.

 

MTRŞ sədri qeyd edib ki, bu yaxınlarda lisenziya verilmiş “Region TV” yaxın günlərdə fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanda hər hansı yeni bir televiziyanın açılmasının gözlənilmədiyini söyləyən N. Məhərrəmlinin sözlərinə görə, telekanalların sayı Azərbaycanın əhalisi və say tərkibinə görə kifayətdir.

 

Şura sədri özəl televiziyalarda bədii şuraların yaranmasını da vacib hesab edib: “Hazırda bazar iqtisadiyyatı olduğu üçün biz özəl televiziyaların işinə qarışa bilmərik. Amma çox arzulayardıq ki, özəl televiziyalarda da bədii şuralar yaransın. Əgər yaranarsa, biz onlara dəstək göstərə bilərik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31