MTRŞ ATV-nin lisenziyasını 6 il uzatdı
04 noyabr 2013 16:11 (UTC +04:00)

MTRŞ ATV-nin lisenziyasını 6 il uzatdı

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

 

Qurumdan Lent.az-a daxil olan məlumata görə, iclasda “Baku and Boston TV Communication” MMC-nin, “SKAY MAKS” MMC-nin, “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. 

 

Milli Televiziya və Radio Şurasının qərarına əsasən  “Baku and Boston TV Communication” MMC, “SKAY MAKS” MMC və “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”nın kabel şəbəkəsi yayımı üçün, “CTV” MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar