MTRŞ-nın sədr müavini Qafar Cəbiyev bəzi televiziya verilişlərində sponsorların təbliğ edilməsinə geniş yer ayrılması məsələsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, o jurnalistlərə açıqlamasında qeyd edib ki, bu məsələ bilavasitə MTRŞ-nın fəaliyyət dairəsinə aiddir: “Reklamlarla və sponsorlarla bağlı qanunvericilikdə konkret tələblər mövcuddur. Bu həddi heç bir telekanalın aşmağa ixtiyarı yoxdur”.
MTRŞ rəsmisi təəssüflə vurğulayıb ki, bəzi telekanallarda reklamlarla bağlı qanun pozuntularına yol verilir: “Sponsorların elan edilməsi ilə bağlı müəyyən normalar aşılır. Yəni bu cür hallar mövcuddur. Bununla bağlı adekvat tədbirlər görürük”.
MTRŞ sədr müavini həmçinin onu da vurğulayıb ki, telekanallarda uşaq verilişlərinin həcmi və keyfiyyəti artırılmalıdır: “MTRŞ olaraq belə hesab edirik ki, Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir. Onu da qeyd edim ki, bu sahə dövlətin nəzarətində olası sahədir”.
Q. Cəbiyevin sözlərinə görə, MTRŞ-nın mövqeyi ondan ibarətdir ki, ilk növbədə AzTV və İTV uşaq proqramlarının sayını artırmalı və özəl kanallar da bu məsələni diqqətdə saxlanılmalıdır.

MTRŞ: “Bəzi telekanallar reklamlarla bağlı qanun pozuntularına yol verir”
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54