Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunan  tədbir keçirilib
19 dekabr 2013 06:59 (UTC +04:00)

Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

 Rusiya paytaxtında Heydər Əliyevin xatirəsinə həsr olunan “Ruhumun bir hissəsi Rusiyadadır” (Часть моей души в России) adlı tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində keçirilən tədbir Rusiya Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən təşkil olunub.

 

Tədbirdə çıxış edən Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini, senator Lyudmila Kozlova Bakıda doğulduğunu, 16 il orada yaşadığını söyləyib: “Burada keçirilən görüşün kimə həsr olunduğunu öyrəndikdən sonra bura gəlməyə bilməzdim. Heydər Əliyevlə şəxsən görüşməsəm də, onun rəhbərlik elədiyi respublikanın həyatını hiss etmişəm. Bakı şəhəri həyat üçün çox xoş idi. İndiki Azərbaycan da dünyəvi ölkədir. İnsanı orada milliyətindən asılı olmayaraq xoş qarşılayırlar. Bütün bunlar Heydər Əliyevin sayəsində mümkün olub. Onun xatirəsi hər zaman azərbaycanlıların qəlbində qalacaq”.

 

RAGT-in koordinatoru Natiq Əliyev tədbirə gələnlərə, habelə “Parlamentskaya qazeta”nın redaksiyasına təşəkkürünü bildirib:

“Azərbaycanda indi də Rusiya ilə tarixi əlaqələr hiss olunur. Heydər Əliyev hər zaman deyib ki, bizim keyfiyyətimiz ortaq tariximizdir. Bu gün azərbaycanlı gənclər Rusiyaya təhsil almağa gəlir. Fikrimcə, Rusiya təhsili dünyada ən yaxşısıdır. RAGT sədri Leyla Əliyeva təşkilat qarşısında azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə intqrasiyasını tapşırıq kimi qoyub. İkinci tapşırıq isə Azərbaycan və Rusiyanın gənclər potensialını yaratmaqdır. Bununla biz qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinə dəstək veririk”.

 

Rusiya Dövlət Dumasının millətlər üzrə komitəsinin sədr müavini Mixail Starşinov tədbirin Azərbaycanın tarixi və Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmağa imkan yaratdığını söyləyib: “Heydər Əliyevin siyasi çəkisi bizim qarşılıqlı əlaqələrimizə təsir edib. Bu əlaqələr hər zaman möhkəm olub.

 

Moskva meriyasının milli siyasət İdarəsinin sədr müavini Sergey Veçkilyov isə çıxışında Heydər Əliyevin onun üçün hər zaman nümunə olduğunu söyləyib: “O, çox məqsədyönlü insan olub. Hər bir xalqın belə şəxsiyyəti olmur. Bu cəhətdən Azərbaycan xalqının bəxti gətirib. Hamımız bilirik ki, Heydər Əliyev Azərbaycanın inkişafı üçün çox işlər görüb. O, əlindən gələni edib ki, ölkədə sülh bərqərar olsun. İqtisadiyyat sahəsində ölkəni qabaqcıl mövqeyə gətirib. Azərbaycan xalqının belə liderinin olması böyük xoşbəxtlikdir. Azərbaycan indi də bu istiqamət üzrə hərəkət edir”.  

 

Təddbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov səfir Polad Bülbüloğlu adından “Parlamentskaya qazeta”ya və RAGT-yə təşəkkürünü bildirib: “Bu çox böyük işdir. RAGT azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiya olunmasına dəstək verir. Heydər Əliyev hər zaman gənclərin formalaşmasına və tərbiyəsinə xüsusi əhəmiyyət verib. Bu gün bu dəstək prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

 

Diplomat bildirib ki, Rusiya və Azərbaycan xalqlarının münasibətləri hər zaman Heydər Əliyevin diqqət mərkəzində olub: “O, Rusiya – Azərbaycan münasibətlərinin əsasını qoyub. Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Əgər o, olmasaydı, ölkə bu gün belə cəlbedici olmazdı”.

 

Tədbirdə çərçivəsində Heydər Əliyev haqqında sənədli çəkilişlərdən kadrlar və fotosərgi nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar