Təmir-tikinti işləri ilə əlaqədar olaraq Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.