Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 7 ili tamam olur. Lent.az-ın məlumatına görə, portal 2009-cu il sentyabrın 1-də yaradılıb.
Fərqli təqdimatları, layihələri, müsahibə və araşdırmaları ilə həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.
Modern.az portalının rəhbəri Elşad Eyvazlı bildirib ki, fəaliyyətdə olduqları 7 il müddətində inanılan və etibarlı KİV olmağa çalışıblar. Eyni zamanda oxucu zövqünü korlayacaq ucuz və bayağı yazılar, yanlış məlumatlar, sifarişli materiallar dərc etməyiblər: “Məhz bunun nəticəsi olaraq Modern.az bu gün on minlərlə oxucunun inanıb, etibar etdiyi media quruluşları sırasında yer tutur”.