Misir Mərdanov 20 yanvar faciəsi ilə bağlı əmr verdi
11 yanvar 2013 13:26 (UTC +04:00)

Misir Mərdanov 20 yanvar faciəsi ilə bağlı əmr verdi

Təhsil naziri Misir Mərdanov 20 yanvar faciəsinin il dönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əmrə əsasən faciənin il dönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə  yanvarın 25-dək nazirliyə hesabat təqdim etməlidirlər.

Qeyd edək ki, əmrin icrasına nəzarət nazir müavini Qulu Novruzova həvalə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1688

Oxşar yazılar