Mirşahindən cavab gəldi: “Bunlar imkan vermir ki...”
02 may 2014 16:00 (UTC +04:00)

Mirşahindən cavab gəldi: “Bunlar imkan vermir ki...”

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ANS ÇM radiosunda “Qafqaz top 20” musiqili verilişi çərçivəsində erməni mahnılarının səsləndirilməsi ilə bağlı yaranmış qalmaqala münasibət bildirib. Lent.az-a açıqlamasında Mirşahin Ağayev ANS-in qarasınca danışanları “Erməni kəşfiyyatının Azərbaycan sosial şəbəkələrinə hücumu” adlı bəyanatla tanış olmağa çağırdı: “ANS Şirkətlər Qrupu olaraq aprelin 9-dakı bəyanatımızda bu məsələyə münasibət bildirmişik. Və hesab edirəm ki, bəyanatda kifayət qədər tutarlı arqumentlər və faktlar gətirilib. Azərbaycanda vətənpərvərlik xəttinin aparıcı üzvlərinin cəmləşdiyi bir şirkətin Ermənistan – Azərbaycan münaqişəsinin işıqlandırması məqsədiylə həyata keçirdiyi tədbirlər kifayət qədərdi və bütün bunlar imkan vermir ki, bizim fəaliyyətimizdəki vətənpərvərlik xətti şübhə altına alınsın. Bu, sadəcə olaraq, müsabiqədi və bu müsabiqənin də niyə məhz bizim efirimizdə getməsi barədə kifayət qədər məlumat həmin bəyanatda var. Buyurub, bizim bəyanatdan istifadə etsinlər”.

 

Qarabağ veteranları, o cümlədən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Qafqaz top 20” musiqili verilişi çərçivəsində mütəmadi olaraq ANS ÇM radiosunda erməni mahnılarının səsləndirilməsi və təbliğ olunması ilə bağlı radionun rəhbərliyinə iradını bildirib.

 

ANS ÇM radiosunda iki aya yaxındır ki, Qafqaz musiqisindən ibarət hit-parad efirə gedir. ANS Dağlıq Qarabağ əhalisini Azərbaycan vətəndaşları hesab etdiyindən onların müğənnilərinin də ifasını xit-parada daxil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368

Oxşar yazılar