Milli Qəhrəmanlar abidəsinin açılışı olub
26 fevral 2014 20:06 (UTC +04:00)

Milli Qəhrəmanlar abidəsinin açılışı olub

Bakıda Milli Qəhrəmanlar abidəsinin açılışı olub.

 

Binəqədi Rayon İcra HakimiyyətindənAPA-ya verilən məlumata görə, Xocalı faciəsinin 22-ci ildönümündə paytaxtın Biləcəri qəsəbəsində milli qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılışında Binəqədi rayon icra hakimiyyətinin təmsilçiləri, deputat Madər Musayev, gənclər, hərbçilər və məktəblilər iştirak ediblər.

 

Açılışda Binəqədi rayon icra başçısının I müavini İlqar Süleymanov ərazi bütövlüyümüz uğrunda döyüşmüş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirib, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğulayıb.

 

Sonra İ.Süleymanov və M. Musayev Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə abidənin açılışını ediblər. Rayon İcra Hakimiyyətinin adından abidənin önünə əklil qoyulub, sonra orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar