<b><span style="color:red;">Millət vəkili:  "Sultan bəy Sultanovun Qarsdakı məzarı abadlaşdırılır"</b>
22 sentyabr 2016 16:19 (UTC +04:00)

Millət vəkili: "Sultan bəy Sultanovun Qarsdakı məzarı abadlaşdırılır"

0

Azərbaycanın xalq qəhrəmanı Sultan bəy Sultanovun Türkiyədənin Kars şəhərində olan  məzarı abadlaşdırılacaq.

Lent.az-ın məlumatına görə, bu barədə modern.az-a  millət vəkili Mahir Abbaszadə məlumat verib.

O, bildirib ki, Sultan bəyin Türkiyənin Qars vilayətinin Koçköy kəndində yerləşən məzarı barədə foto və məlumatlar toplanıb və artıq Türkiyə tərəfi ilə məzarın abadlaşdırılması haqqında şifahi razılıq əldə edilib.

Millət vəkilin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəyin, həm onun qardaşı  erməni quldur dəstələrinə divan tutmuş Sultan bəyin xalqımız qarşısında müstəsna xidmətləri var. “Bu qardaşların istər məzarlarının tapılması, istər onlarla bağlı tarixi faktların ortaya çıxarılması məsələsi bizi çoxdan qayğılandırırdı. Ona görə biz bundan əvvəl Xosrov və Sultan bəy qardaşlarının 130 illiyi ilə əlaqədar bir kitabın nəşrinə dəstək verdik, o kitab artıq ərsəyə gəlib və oxucuların ixtiyarındadır. Bundan başqa Laçın ictimaiyyətinin, xüsusilə gənclərin xahişi ilə Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Məsimova müraciət ünvanladıq və Mübariz bəy çox sağolsun ki, həm Sultan bəyin, həm də Xosrov bəyin adını şirkətin yeni gəmilərinə verməklə əbədiləşdirdi. Bu gün Xosrov bəy və Sultan bəy gəmiləri dünya okeanını fəth etməkdədir”.

 

M.Abbaszadə  deyib ki, bu işi biləvasitə Laçın ictimaiyyətiinin dəstəyi və iştirakı ilə görürəm:. “Sentyabr ayında Laçının fəal gənclərindən İbrahim Mirzəyev və Aqil Səfərəliyevin Naxçıvana, oradan isə Türkiyənin Qars vilayətinə səfərini təşkil etdik ki, onlar Sultan bəyin məzarının dəqiq harada yerləşməsi və hansı vəziyyətdə olması barədə məlumat toplayıb gətirsinlər. Onlar çox böyük çətinliklə Qars vilayətinin Koçköy kəndində Sultan bəyin və onunla birlikdə vaxtilə oraya köç etmiş digər laçınlıların məzarlarını tapıb, onlarla bağlı məlumatlar toplayıb və fotolar çəkib gətirdilər. Yeri gəlmişkən, məzarın tapılmasında onlara dəstək olan, yol göstərən yerli sakinlərə və jandarma məmuru Nacih Horasana da ayrıca təşəkkür etmək istərdim”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar