Milanın Cuzeppe Verdi adına Konservatoriyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Milan Konservatoriyasında Xocalı soyqırımına həsr edilmiş mərasim olub
Lent.az Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən bildirir ki, tədbiri Konservatoriyanın prezidenti Annoldo Moska Mondadori və Milan şəhəri merinin müşaviri Marko Qranelli çıxış sözü ilə açıblar.
Daha sonra Vladimir Delman adına xorun bədii rəhbəri, Konservatoriyanın professoru, bəstəkar, şair Davide Qualtiyeri tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda səyahətdə olarkən canlı şahidlərlə görüşünün təəssüratları, ermənilərin Azərbaycan torpağı olan Qarabağda, xüsusən də Xocalıda törətdikləri cinayətlər haqqında ətraflı məlumat verib.
Konsertdə D.Qualtiyeri və Milandakı “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, “Orizon” Rəqs ansamblının rəhbəri Mais Nuriyevin layihəsi əsasında “İtaliyaya yaxın və uzaq Qarabağ” adlı xoreoqrafik kompozisiya təqdim edilib.
Tədbirdə çox sayda italiyalı və İtaliyada yaşayan həmyerlimiz iştirak ediblər.
Oxşar yazılar

Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54
Üç BÜRC maqnit kimi pulu cəlb edir: iyul ayında kim qazanacaq?
4 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34