Təhsil naziri Mikayıl Cabbarov ölkə prezidenti İlham Əliyevin dünən imzaladı sərəncamı ilə dünən imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təhsil tarixi üçün çox əlamətdar hadisə hesab edib. Lent.az-ın məlumatına görə, M. Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, Strategiya təhsil üçün strateji bir sənəddir: “Bu sənəd təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyəti qiymətləndirərək, bizim qarşımızda yeni hədəfləri, Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yolları müəyyənləşdirir. Bu sənəd çox əhatəlidir”.
M. Cabbarov qeyd edib ki, ölkə prezidentinin oktyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq. Nazirin sözlərinə görə, fəaliyyət planında tədbirlərin icra müddətləri də müəyyənləşəcək.