Mikayıl Cabbarov Xocalı soyqırımının ildönümü ilə bağlı əmr verdi
19 fevral 2014 11:41 (UTC +04:00)

Mikayıl Cabbarov Xocalı soyqırımının ildönümü ilə bağlı əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələri, ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə rəhbərlik etdikləri qurumlarda Xocalı soyqırımına həsr olunmuş tədbirləri müəyyənləşdirib həyata keçirmək və əmrin icrası ilə bağlı görülmüş işlər barədə 3 mart tarixinədək nazirliyə hesabat təqdim etmək tapşırılıb.

 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar