Mikayıl Cabbarov Xırdalanda qəbul keçirəcək
08 iyul 2014 11:28 (UTC +04:00)

Mikayıl Cabbarov Xırdalanda qəbul keçirəcək

Təhsil naziri Mikayıl Cabbarov iyulun 14-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.  Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 8, 9, 10, və 11 iyul tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar