Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək
25 sentyabr 2013 10:20 (UTC +04:00)

Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlara müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumatda qeyd olunur ki, sentyabrın 30-da təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya (office@edu.gov.az) elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

# 916

Oxşar yazılar