Mikayıl Cabbarov təhsil kreditləri ilə bağlı problemə aydınlıq gətirib - <span style="color:red;">YENİLƏNİB
13 fevral 2014 14:29 (UTC +04:00)

Mikayıl Cabbarov təhsil kreditləri ilə bağlı problemə aydınlıq gətirib - YENİLƏNİB

Təhsil naziri Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin aylıq təqaüdlərinin rübdə bir dəfə verilməsi ilə bağlı narazılıqlarına münasibət bildirib. Lent.az-ın məlumatına görə, nazir Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, son aylar ərzində həmin tələbələrə təqaüdlərin vaxtında verilməsi üçün Təhsil Nazirliyi tərəfindən addımlar atılıb: “Biz də bu prosesləri izləyirik. Əslində, şikayətlərin sayının kəskin şəkildə azalmasını müşahidə edirik”.
 

 

Nazir deyib ki, tələbələr konkret şikayət və müraciətləri olduqda Təhsil Nazirliyinin “Qaynar xətti”nə və bu məqsədlə yaradılan İşçi Qrupa müraciət edə bilərlər.
M.Cabbarov deyib ki, Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin təqaüdlərinin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir.
 

Təhsil naziri ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı ali məktəblərdə yaranan problemə aydınlıq gətirib.

 

Nazir deyib ki, ali məktəblərdə təhsil kreditləri ilə bağlı olan məsələlər Azərbaycan qanunvericiliyinə əsasən Nazirlər Kabineti tərəfindən qəbul olunmuş və digər tənzimləyici aktlara uyğun olaraq həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208

Oxşar yazılar