“Azərbaycanda orta məktəb dərsliklərinin keyfiyyətinə nəzarətin həyata keçirilməsində qeyri-dövlət strukturları da iştirak etməlidir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M. Cabbarovun sözlərinə görə, bu gün dərsliklərin keyfiyyətinə dövlət tərəfindən nəzarət edilir. Onun sözlərinə görə, bu il aparılan islahatlar nəticəsində dərsliklərin məzmunca hazırlanması ilə onların çapı prosesi ayrılıb. Bu da ilk növbədə dərsliklərin ən savadlı şəxslər tərəfindən hazırlanmasına xidmət edir.
”Dərsliklərin metodoloji baxımdan hazırlanması formasının dəyişdirilməsi nəzərdə tutulur. Yeni hazırlanan dərsliklər ilk növbədə sınaqdan keçirilməlidir ”- deyə, nazir vurğulayıb.