Metropoliten rəhbərliyi Bakı sakinlərindən üzr istədi
23 fevral 2015 17:02 (UTC +04:00)

Metropoliten rəhbərliyi Bakı sakinlərindən üzr istədi

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılıb.

 

Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator 24.02.2015-ci il tarixindən dayandırılacaq. Məlumatda bildirilir ki, əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub. Metropoliten rəhbərliyi həmçinin, sərnişinlərdən yarana biləcək narahatlığa görə də üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar