<b>Meteohəssas insanlar üçün əlverişli hava -</b> <span style="color:red;">32 dərəcə isti
19 sentyabr 2016 12:31 (UTC +04:00)

Meteohəssas insanlar üçün əlverişli hava - 32 dərəcə isti

0

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-20°, gündüz 26-30°, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında  isə hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar