<span style="color:red;">Mətbuat Şurası <b>: “Müdafiə Nazirliyi daha aktiv olmalıdır”</b>
03 mart 2017 17:25 (UTC +04:00)

Mətbuat Şurası: “Müdafiə Nazirliyi daha aktiv olmalıdır”

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlikdə duran birinci məsələ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısının alınması  ilə bağlı vəziyyətin mediada işıqlandırılmasına dair müzakirələr olub.

 

Bildirilib ki, medianın cəbhə xəttində baş verənlərə münasibəti ümumən ictimaiyyətin mənafeyinə söykənir. Cəmiyyət üzvləri hər zaman Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həssasdır. Bu xüsusdakı hər hansı durum diqqətlə izlənilməkdədir.

 

İclasda bildirilib ki, Mətbuat Şurası fevralın 24-dən 25-ə keçən gecə törədilmiş erməni təxribatı ilə bağlı vəziyyətin KİV-lərdə işıqlandırılmasından narahatlığını konkret bir məsələ müstəvisində ifadə edib. Qurum ermənilər tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin yer aldığı iddia olunan görüntünün ölkə mediasında yayımlanması hallarının yolverilməzliyini vurğulayıb.

 

İclasda o da bildirilib ki, cəbhə xəttindəki vəziyyətin cəmiyyətdə, eləcə də mediada hər hansı neqativ meylləri doğurmaması üçün əlaqədar dövlət orqanları daha çevik fəaliyyət göstərməli, informasiya boşluğunun yaranmasına heç bir halda imkan verməməlidirlər. Təcrübə göstərir ki, gərgin durumlarda yaşanan informasiya durğunluğundan düşmən qüvvələr maksimum istifadə edirlər. Bu proses yalnız medianı deyil, daha geniş auditoriyaya malik sosial şəbəkələri də əhatə edir. Ona görə də Müdafiə Nazirliyi daha aktiv olmalı, quruma da ictimaiyyət tərəfindən dəstək göstərilməlidir. İclasda bu kimi məsələlərlə əlaqədar MN rəhbərliyi ilə KİV rəhbərlərinin görüşün təşkilinin zəruriliyindən söz açılıb.

 

MŞ İdarə Heyətinin iclasının gündəliyində duran ikinci məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif olunan dəyişikliklərlə bağlı olub. Mövcud xüsusda dəyişikliklərin son dərəcə əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki layihə ölkəmizin hüquqi münasibətlər sisteminə yeni anlayışların gətirilməsi baxımından önəmlidir. Bu anlayışları vacib edən cəhət onların praktik vəziyyətə adekvatlığıdır. Çünki internet məkanda tənzimləmələrin aparılması məsuliyyət hissinin artırılması, neqativ halların və sui-istifadə meyllərinin aradan qaldırılmasının təminatıdır.

 

Bildirilib ki, internet məkanda tənzimləmə prosesinin başlanması internet media orqanlarının hüquqi statusunun müəyyənləşdirilməsini də prioritet vəzifə kimi qarşıya qoymaqdadır. İndiki durumda internet media hüquqi baxımdan KİV kimi çıxış etmir. Mövcud durum onun KİV olaraq imtiyaz qazanmasına, habelə məsuliyyət daşımasına maneçilik törədir. Buna görə də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda da müvafiq dəyişiklərin aparılmasına ehtiyac var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar