“Ali məktəblərin magistraturalarına qəbul olanların qeydiyyat prosesi başlayıb. Lakin təəssüflər olsun ki, hələ də elə ali məktəblər var ki, orada heç 0 faiz magistrlar qeydiyyatdan keçməyib”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Qeydiyyat prosesinin təxminən 2-3 gündür davam etdiyini qeyd edən TQDK sədri magistrların qeydiyyat prosesinin iyulun 5-dək davam edəcəyini, bu müddətdə qeydiyyatdan keçməyənlərin yerinin boş yerlər kimi qeydə alınacağını və yenidən elan olunacağını bildirib: “Bu vaxta kimi Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan 630 nəfərdən yalnız 5 nəfər keçib ki, bu da heç 1 faiz etmir. Yalnız Azərbaycan Texniki Universitetindən 11 faiz qeydiyyatdan keçib. Belə ki, orada magistraturaya qəbul olan 200 nəfərdən 26 nəfəri qeydiyyatdan keçib və bu da aşağı rəqəmlərdir. Magistrlərin ali məktəblərdəki qeydiyyatı iyulun 5-də başa çatır və bu müddət ərzində magistrlər ali məktəblərə qeydiyyat üçün müraciət etməlidirlər”.