Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri İmişli şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib.
İmişlidə keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər. Qəbul fevralın 28-də, İmişli şəhər Gənclər Mərkəzində təşkil olunacaq.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri ( http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Ağcabədi regional bölməsinə müraciət etmələri xahiş olunur. Bundan əlavə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon Təhsil Şöbələrində 18–27 fevral tarixində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata alına bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.