Məleykə Abbaszadə:”Azərbaycana yararlı, güclü kadr ordusu yetişirdi”
07 may 2013 12:37 (UTC +04:00)

Məleykə Abbaszadə:”Azərbaycana yararlı, güclü kadr ordusu yetişirdi”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu” mövzusunda konfrans keçirilib. Tədbiri açan TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, bu gün ölkənin hər yerində, Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur. Onun sözlərinə görə, Heydər Əliyev hər sahədə olduğu kimi testin tətbiqi, milli qiymətləndirmə sisteminin mahir bilicisi idi. Sonra “Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz ” adlı videoçarx nümayiş olunub.

 

TQDK sədri Məleykə Abbaszadə isə konfransda “Heydər Əliyevin milli qiymətləndirmə sisteminin formalaşmasında və inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyev XX əsrin ən güclü liderlərindən biri olub: “1992-ci ildə ölkədə test sisteminin tətbiqindən sonra tez-tez qərəzli fikirlər səsləndirir, gözdən salmağa çalışır, iftira, təhqir kimi üsulları istifadə edirdilər. Belə bir şəraitdə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə təhsil sisteminə böyük dəstək verdi. Məhz Heydər Əliyevin təhsilə göstərdiyi diqqət nəticəsində Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması mümkün olub. Hazırda Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən prezident İlham Əliyev də ölkədə təhsilin inkişafına, tələbə qəbulu işinə, mütəxəssis hazırlığına mühüm strateji əhəmiyyətli bir istiqamət kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir”.

 

Tarixə nəzər salan M.Abbaszadə qeyd edib ki, 70-i illərdə Azərbaycandan Moskvaya təhsil almağa göndərilən 4 tələbədən biri də özü olub. Sonrakı illərdə belə tələbələrin sayının artdığını deyən TQDK sədrinin sözlərinə görə, artıq 80-ci illərin əvvəllərində Heydər Əliyevin dəstəyi ilə 1400 nəfər tələbə və yüzlərlə aspirant və doktorantlar MDB ölkələrində təhsil alırdı. Bununla da gələcək üçün Azərbaycana yararlı, güclü kadr ordusu yetişirdi.

 

Sonra “Heydər Əliyev və milli qiymətləndirmə sistemimiz” adlı kitabın və Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Tarix” fənni üzrə dərs vəsaitinin təqdimatı olub, müxtəlif məruzələr dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar