“Ümumilikdə test imtahanları zamanı müəllimlərə müqavilə əsasında 2 milyondan çox maaş verilib”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, müqavilə əsasında Bakı şəhəri üzrə 23 040 müəllimə 816 608.4 manat, digər regionlar üzrə müəllimlərə isə 1 213 749.2 manat məbləğində maaş ayrılıb. “Test imtahanlarına imtahan rəhbəri kimi Bakıdan 5173, regionlardan 1056 müəllim cəlb edilib. Bundan əlavə, imtahanlara Bakı şəhəri üzrə 16 041, regionlar üzrə 25 896 nəfər nəzarətçi-müəllim, Bakıdan 1408, regionlar üzrə 1397 nəfər mühafizə xidməti, Bakı üzrə 518, regionlar üzrə 2068 nəfər bina nümayəndəsi-xadimə cəlb olunub. Ümumilikdə, ümumilikdə Bakı şəhəri üzrə 23 040, digər regionlardan üzrə isə 30 417 nəfər test imtahanları prosesində iştirak edib”-deyə, Komissiya sədri əlavə edib.
TQDK sədri onu da qeyd edib ki, ilk illərdə müəllimlər ictimai əsaslarla imtahana cəlb olunurdu. M. Abbaszadənin sözlərinə görə, hazırda imtahanda iştirak edən 50 mindən çox pedaqoji, elmi ictimaiyyətin nümayəndələri yalnız bir məqsədlə iştirak edir: “Onlar istəyirlər ki, gənclər ali məktəblərdə öz yerlərini tutsunlar. Məvacibə görə yox, vətəndaş borcunu ödəsin”.
TQDK sədri vurğulayıb ki, bu gün Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir. “Bizim bu işimiz hərbi qulluqdur. Təbii ki, hər gün auditoriyaya gəlmək, şagirdlərlə, tələblərlə təmasda olmaq çox ağır bir işdir. Hərbçi, vətəndaş kimi öz borcunuzu yerinə yetirirsiniz”.
Məleykə Abbaszadə: “Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir” - YENİLƏNİB
1288