Məktəb-liseylərə  qiymət verildi
14 yanvar 2013 17:34 (UTC +04:00)

Məktəb-liseylərə qiymət verildi

Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub.

 

İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin “yaxşı”, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyətinin isə “kafi” qiymətləndirilməsi və qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar