Mehriban Əliyeva Kann şəhərinin meri ilə görüşüb
10 iyul 2014 11:04 (UTC +04:00)

Mehriban Əliyeva Kann şəhərinin meri ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycanın artıq ikinci dəfədir ki, Kannda silsilə tədbirlər keçirdiyini xatırladan Devid Lisnard ötən ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini, bunun Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşdüyünü söyləyib.

Mehriban Əliyeva isə Azərbaycanın mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən şad olduğunu bildirib. Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini deyib. Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar