Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 12 saylı Cəzaçəkmə Müəssisəsində daxili nizam-intizam qaydalarını pozan bir nəfər məhkum cərimə kamerasına salınıb.
Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
M. Sadıqov bildirib ki, müəssisədə hər hansı qiyam baş verməyib: “Orada saxlanılan məhkumlardan biri nahar vaxtı yeməkxanada kobudluq edərək daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün cərimə kamerasına salınıb. Həmin məhkum əvvəllər də dəfələrlə nizam-intizam qaydalarını pozub. 12 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir”.