Medallarımız dəyişdirilir
20 sentyabr 2013 14:35 (UTC +04:00)

Medallarımız dəyişdirilir

Azərbaycanın “Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının təsvirləri və ölçüləri tamamilə dəyişdirilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

 

Layihələrə əsasən, ordenlərin bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər olacaq. Medallarda nömrə ilə yanaşı, seriyaları da yer alacaq. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və bu sessiya müzakirəyə çıxarılacaq.

# 1149
avatar

Oxşar yazılar

Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22