Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.