Mayın 18-də 2014/2015-ci tədris ili üçün universitetlərə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
I və IV ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərə "İmtahana buraxılış vərəqi"nin verilməsinə başlanıb. Belə ki, mayın 18-də I və IV ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlər http://eservices.tqdk.gov.az/brxvbak/ keçidinə daxil olaraq "İmtahana buraxılış vərəqi"ni çap edə bilərlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə 2 sənəd-şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.